RU

Tarixdə ilk dəfə Aİ silahların birgə alınması ilə bağlı qərar qəbul etdi

Avropa Komissiyası tarixində ilk dəfə olaraq birgə silah tədarükü ilə bağlı qərarı təsdiqləyib. 

HİT.az xəbər verir ki, komissiyanın saytında yerləşdirilən məlumata görə, noyabrın 14-də beş irimiqyaslı layihənin maliyyələşdirilməsi təsdiqlənib.

Qeyd edilir ki, bu layihələr 300 milyard avro (hər biri 60 milyard) məbləğində maliyyə alacaq və ümumilikdə birgə satınalmalar Aİ ordusu ölkələri üçün təchizat üçün 11 milyard dollardan çox vəsait cəlb etməyə imkan verəcək.

Layihələr üç istiqamətdə - zenit və raket əleyhinə müdafiə sistemlərinin satın alınması, müasir zirehli texnikanın alınması, döyüş sursatlarının tədarükü - mühüm müdafiə təyinatlı məhsulların birgə tədarükünə dəstək vermək məqsədi daşıyır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Biz müdafiə sahəsində əməkdaşlıq sahəsində mühüm addım atırıq. Bu proqramda 20 Aİ ölkəsi iştirak edir. Biz Avropanın müdafiə sənayesini gücləndirmək və Ukraynaya daha çox hərbi dəstək üçün çalışırıq".

Avropa Komissiyasının bəyanatına görə, bu satınalmaların kritik müdafiə imkanlarını daha əlçatan edəcəyi gözlənilir.

Vurğulanır ki, təsdiq edilmiş layihələrin əksəriyyətində Ukrayna üçün hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və Rusiyanın təcavüzü kontekstində müdafiə qabiliyyətini gücləndirmək üçün digər tədbirlər də daxil olmaqla satınalmalar da var.

Samir

Избранный
58
50
hit.az

10Источники