RU

COP29: Noyabrın 16-da futbol klublarının alyansı yaradılır

"Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılacaq.

Fins.az xəbər verir ki, alyansın yaradılması məqsədilə noyabrın 16-da keçiriləcək tədbirə “Qarabağ”ın dəvəti ilə 10 məşhur futbol klubu qatılacaq. Klublar arasında "Liverpul", "Tottenhem", "Atletiko Madrid", "Real Betis", "Fənərbaxça", "Qalatasaray", "Udineze", "Porto", "Flamenqo" və "Malmö" kimi komandalar yer alacaq.

Alyans, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında təcrübələrini paylaşaraq, qlobal səviyyədə müsbət təsir yaratmaq məqsədini güdür.

Zemfira Ms
Fins.az

Избранный
32
fins.az

1Источники