RU

AYNA taksi sifarişi operatorlarına xəbərdarlıq etdi VİDEO

Gediş haqqını kartla ödəyən taksi istifadəçilərindən vəsait bəzən iki dəfə çıxılır. Bu hal ilə üzləşən paytaxt sakinləri az deyil. Onlar deyirlər ki, sifariş etdikləri taksi bəzən gedişə başladıqda, həmçinin gedişi sonlandırarkən kartdan müəyyən məbləğ silinir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bir gedişə bir neçə ödəniş çıxan taksi şirkətlərinə xəbərdarlıq edib.

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

AYNA-dan bildirilib ki, belə halla qarşılaşan sərnişinlər quruma müraciət edə bilərlər.

Qeyd edək ki, taksi xidməti göstərən şirkətlərin tətbiqlərində ödəniş kartını qeyd edən vətəndaşdan hər hansı təhlükəsizlik kodu tələb olunmur. Bu səbəbdən də, taksi sifariş edən sərnişinin balansından gediş haqqı məbləği avtomatik olaraq silinir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
77
xezerxeber.az

1Источники