RU

“Washington Post” İsrailin və onun müttəfiqi Azərbaycanın düşmənidir – “The Jewish Press”

“Washington Post” İsrailin və onun müttəfiqi Azərbaycanın düşmənidir.

İnterpress.az xəbər verir ki, Bu barədə ABŞ-nin ən böyük yəhudi həftəlik nəşri olan “The Jewish Press” yazır.

Nəşr yazır ki, son günlər Amerikanın məşhur “The Washington Post” qəzeti İsrail və onun müsəlman dünyasındakı ən yaxın müttəfiqlərindən biri olan Azərbaycana qarşı qərəzli silsilə yazılar dərc edib.

Qeyd edilir ki, nəşr “balanssız bir qəzetdir və ABŞ-nin müttəfiqlərinin töhfələrinə hörmət etmir”.

“Vaşinqton Post” öz məqalələrində İsraili “müharibə cinayətləri törətməkdə, o cümlədən Qəzza zolağındakı əməliyyatları zamanı canlı qalxan kimi istifadə etmək üçün fələstinli mülki insanları qaçırmaqda” ittiham edir.

Azərbaycan da “The Washington Post”un tənqidinə tuş gəlib.

Qəzet yazır ki, Bakı COP29 konfransı üçün münasib yer deyil, çünki Azərbaycan neft dövlətidir və “insan hüquqlarına hörmət yoxdur, demokratiya yoxdur”. Baxmayaraq ki, güclü multikulturalizm, dini plüralizm və tolerantlıq ənənələri olan ölkədə söz və din azadlığına geniş şəkildə hörmət edilir.

Məqalədə deyilir: “Onlar Azərbaycana hücum etmək əvəzinə İrana və onun insan haqlarını tapdalamaq üçün əlindən gələni edən vəkillərinə hücum etməlidirlər”.

“The Washington Post”un Rusiya-Ukrayna müharibəsi başlayandan sonra “Talibana qarşı müharibədə ABŞ-nin yanında duran və Avropanın enerji təhlükəsizliyini təmin edən” Azərbaycana dəyər vermədiyi vurğulanır.

“Washington Post”un İsrail və Azərbaycana xas qərəzli mövqeyinə son qoyulmalıdır”, – Yəhudi Mətbuatı çağırış edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
40
interpress.az

1Источники