RU

Adına "maşın" olduğu üçün sosial yardım ala bilmir - Cəlilabad sakini şikayətçidir VİDEO

Cəlilabad şəhər sakini Məmmədov Ruslan Məmməd oğlunun adına maşın olduğundan, ünvanlı sosial yardım ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, onun adı, soyadı və ata adı başqa şəxslə eyni olduğundan müraciətlərinə imtina gəlir.

Ruslan Məmmədov 2023-cü ildə ünvanlı sosial yardım almaq üçün müraciət  edib. Rəsmi qurumlar onun müraciətinə imtina  cavabı veriblər.

Ruslan Məmmədov mülkiyyətin avtomobil olmadığını təsdiq edən sənədi alaraq müvafiq quruma təqdim edib. Şikayətçinin bildirdiyinə görə, aradan 4 ay keçdiyi üçün arayışın təkrarən alınması tövsiyə olunub.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili “Xəzər Xəbər”ə bildirdi ki, Cəlilabad rayon sakini Məmmədov Ruslan Məmməd oğlunun iddiası yenidən araşdırılıb. Vətəndaşın ünvanlı sosial yardımla bağlı müraciətinə əsasən ona noyabrın 1-dən 1 il müddətinə  sosial yardım təyin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
60
xezerxeber.az

1Источники