RU

Mərkəzi Bank Moskva banklarından birinin lisenziyasını ləğv edib

Noyabrın 15-də Mərkəzi Bank “Bank of Corporate Finance” MMC-yə (BCF) bank əməliyyatları aparmaq üçün verilmiş lisenziyanı ləğv edib.

SİA xəbər verir ki, bu barədə tənzimləyicinin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

Aktivlər baxımından kredit təşkilatı Rusiya Federasiyasının bank sistemində 230-cu yeri tutdu.

Rusiya Bankı bəyan edib ki, BCF bank fəaliyyətini tənzimləyən federal qanunları, eləcə də Mərkəzi Bankın normativlərini pozub.

Son 12 ay ərzində tənzimləyici BCF-yə dəfələrlə tədbirlər, o cümlədən iki dəfə əmanətçilərdən vəsaitlərin cəlb edilməsinə məhdudiyyətlər tətbiq edib.

Əli Babayev

Избранный
43
sia.az

1Источники