RU

Fidan Əlizadə və Hüseyn Allahyarov Avropa çempionu oldular

Azərbaycan cüdoçuları Fidan Əlizadə və Hüseyn Allahyarov 23 yaşlılar arasında Avropa çempionatının qalibi olublar.

Arena.az xəbər verir ki, bu gün Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında təşkil olunmuş Avropa çempionatına start verilib.

Azərbaycanın 9 idmançısı medallar uğrunda mübarizə aparıb. Yarışın ilk günündə yığmamız üzvləri 4 medal qazanıblar.

Qadınlar arasında Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq) və Aytac Qardaşxanlı (63 kq) tatamiyə çıxıblar. Onlardan ikisi finala yüksəlib. Fidan həlledici görüşdə Nino Loladzeyə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Amma Aydan Vəliyeva eyni uğuru təkrarlaya bilməyib. Cüdoçumuz Ayumi Leyva Sançesə (İspaniya) uduzub.

Kişilər arasında isə Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rüfət Şövlətov və Əbil Yusubov (hər ikisi 73 kq) güclərini sınayıblar. Hüseyn bütün rəqiblərinə qalib gələrək Avropa çempionatında ən yüksək nəticəyə imza atıb. Allahyarov finalda yerli cüdoçu Yakub Kurovskiyə qalib gəlib.

Rüfət Şövlətov (73 kq) bürünc uğrunda güləşib. O, Dimitar Qospadinova (Bolqarıstan) qalib gələrək, 3-cü yeri tutub.

Qeyd edək ki, noyabrın 17-nə qədər davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.

Избранный
41
1
arena.az

2Источники