RU

Rusiya zənginləşdirilmiş uranın ABŞ-a ixracını məhdudlaşdırıb

Rusiya Federasiyası hökuməti zənginləşdirilmiş uranın ABŞ- a ixracına müvəqqəti məhdudiyyətlər qoyub.
 
Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki , Rusiyanın baş naziri Mixail Mişutin müvafiq qərar imzalayıb.

Onun sözlərinə görə, söhbət zənginləşdirilmiş uranın ABŞ-a ixracından və ya bu ölkənin yurisdiksiyasında qeydiyyatda olan şəxslərlə bağlanmış xarici ticarət müqavilələrinə əsasən gedir. 
 
Mətbuat xidmətinin qeyd etdiyi kimi, zənginləşdirilmiş uranla bağlı qərar Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib.

May ayında ABŞ prezidenti Co Bayden Rusiya uranının ölkəyə idxalını qadağan edən qanunu imzalayıb.
 
Məhdudiyyətlər Rusiya Federasiyasının ərazisində və ya ona məxsus şirkətlər tərəfindən istehsal olunan şüalanmamış və az zənginləşdirilmiş urana təsir edib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 11-də hökumət üzvləri ilə görüşündə Rusiya Federasiyasından uran, titan və nikel kimi strateji xammalın ixracına məhdudiyyətlər barədə düşünməyi təklif edib.
 
Aytac

www.anews.az
Избранный
58
5
anews.az

5Источники