RU

Qadınlar niyə spirtli içki içir?

Azərbaycanda spirtli içki qəbul edən və hətta bunu gündəlik yaşam tərzinin bir hissəsinə çevirən qadınların sayı durmadan artmaqdadır. 

Bəs qadınları buna vadar edən nədir?

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qadınların spirtli içki və nikotindən istifadə etməsi onların görkəminə və səhhətinə mənfi və digər tərəfdən psixoloji təsir göstərir. Bu aludəlik zamanla qadında davranış və şəxsiyyət problemi yaradır: 

“Spirtli içkilərin qəbulu hamiləlik dövründə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə doğulan uşaqlar psixoloji travma ilə doğulurlar. Qadınlar rəngli alkoqoldan istifadə etsələr belə, bu heç də problemi azaltmır, əksinə daha da qabardır.
Kişilərə nisbətən qadınların orqanlarında da bir incəlik var. Dozadan artıq spirt qadınların mədə-bağırsaq sisteminə daha ciddi təsir edə bilər. Hətta bağırsaq qanaxmaları, öd-qaraciyər, kolit və.s problemlərə də səbəb ola bilər. Hamilələ qadınlarda isə spirtli içkilərin qəbulu gələcəkdə uşağın sağlam doğulmamasına şərait yarada bilər. Həm də bu körpənin ana bətnindəykən alkoqola meyillənməsinə səbəb olur”.

Sevinc
 

Избранный
107
1
hit.az

10Источники