RU

Poqba və "Yuventus" məsələsində son nöqtə qoyuldu

  Fransalı yarımmüdafiəçi Pol Poqba və "Yuventus" onunla əmək müqaviləsinə xitam verilməsi şərtləri ilə bağlı razılığa gəlib.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Qeyd olunur ki, Poqbanın "Yuventus"la müqaviləsi birtərəfli qaydada ləğv edilib. Buna görə ona təzminat ödəniləcək.

Poqba isə hazırda Mayamidə təkbaşına məşq edir.

31 yaşlı yarımmüdafiəçi “Yuventus”un heyətində 190 oyun keçirib, 34 qol vurub və 41 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Poqba daha əvvəl antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb. İdman Arbitraj Məhkəməsi (CAS) bu müddəti il yarıma endirib. Futbolçu 2025-ci ilin yanvarında məşqlərə davam edə biləcək. Poqbanın "Yuventus"la müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə idi və mövsüm başına 8 milyon avro maaş alırdı./Publika.az  

Избранный
28
referans.az

1Источники