RU

90-cı illərdə “McDonald's” menyusuna əlavə etdiyi qeyri-adi yemək nə idi?

1990-cı illərdə İngiltərədəki “McDonald's” restoranları eksperimental olaraq menyularına 20 sm-lik pizza əlavə etdilər. Bir neçə il sonra o, satışdan çıxarılsa da, sosial şəbəkələrdə britaniyalılar bu yeməyi “uşaqlığın dadı” kimi xatırlayırlar.

 

Sfera.az bildirir ki, bəzi sosial şəbəkə istifadəçiləri bu məhsulun olduğu şəkli saxta hesab edirlər. Onların fikrincə, bu, restoran menyusu üçün xarakterik deyil və uzun müddətdir satışda yoxdur. 

 

Qeyd olunur ki, McPizza diametri təxminən 20 sm olub və 4 hissəyə bölünüb. Bu pizzada üç ləzzətdən birini seçmək mümkün idi: pendir, pepperonili pendir və pepperonidən əlavə yaşıl bibər və soğan olan “Deluxe” .

 

“McDonald's”ın bu pizzası 1994-cü ilə qədər şəhər işçiləri üçün səhər yeməyi və iş naharı menyusunda təklif edilib. Sifarişlər faks və ya telefonla verilə bilərdi və menyuya McPizza daxil idi. 

 

Şirkətin öz saytında pizzanın 1990-cı illərin ortalarında yeməyin necə satılacağını yoxlamaq üçün "seçilmiş restoranlarda məhdud müddətə" nahar edənlərə təklif edildiyi bildirilir.

 

Ötən əsrin unudulmuş menyu elementi yenidən sosial şəbəkədə müzakirə edilib. Şərhlərdə bəzi istifadəçilər belə bir yeməyin həqiqətən mövcud olduğuna və fotonun saxta olmadığına şübhə ilə yanaşırlar. Digərləri isə “McDonald's”ın məhz bu pizzasını "möcüzə" adlandırır və onun dadını hələ də xatırladıqlarını yazır.

 

Bildirilir ki, pizza əvvəllər ABŞ-da 1980-ci illərdə satılıb və sonradan əksər restoranların menyusundan çıxarılıb. Bununla belə, belə hesab edilir ki, bu gün də Florida ştatının Orlando şəhərindəki dünyanın ən böyük “McDonald's”ında bu pizzadan sifariş etmək olar.

 

“McDonald's” veb-saytında qeyd olunur ki, şəbəkə pizzanı menyuya qaytarmaq niyyətində deyil.

 

Xanım 

Избранный
61
sfera.az

1Источники