RU

Almaniyalı nazir: "Türkiyə NATO üzvü kimi çox etibarlı tərəfdaşdır"

"Türkiyə NATO üzvü olaraq çox etibarlı tərəfdaş olduğunu sübut edib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius Bonnda Birgə Silah Əməkdaşlığı Təşkilatının (OCCAR) toplantısında jurnalistlərə açıqlamasında deyib.

Nazir Türkiyənin BRİKS ölkələri ilə əməkdaşlığı və Rusiya ilə münasbətləri haqda da suala cavab verib: "Əlbəttə, NATO dövlətləri olaarq, bir-birimizlə dialoq qurmağımız və mümkün olan yerdə əməkdaşlığı təşviq etməyimiz çox vacibdir. Avropa gələcəkdə öz təhlükəsizliyinə daha çox sərmayə qoymalı və bunu müştərək və tərəfdaşlar arasında koordinasiyalı şəkildə etməlidir. Ümumi yanaşma hər kəs üçün daha əlverişli olacaq. Üstəlik, müdafiə sistemləri birlikdə işlədilə bilər".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Избранный
24
mia.az

1Источники