RU

Çatlaq, əzik və çürük pomidorlardan turşu daha çox öldürücüdür

Bu ilin ilk 6 ayında baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, zəhərlənmələrlə bağlı agentliyə 238 müraciət daxil olub. Bunlardan 45-i təsdiqlənib. Müraciətlər 422 zərərçəkənlə bağlı olub. Onlardan 154-ü təsdiq olunub. Qeyd edək ki, qida zəhərlənmələri arasında pomidor turşusundan zəhərlənmələr də xüsusi yer tutur. Belə ki, Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın bu gün xəstəxanada ölüb.Bəs, pomidor turşusu hansı hallarda zəhərlənməyə səbəb olur? Bunun baş verməməsi üçün nə etmək lazımdır?Gender.az xəbər verir ki, Bakupost.az -a açıqlama verən qida texnoloqui Ağa Salamov turşulardan zəhərlənmənin əsas səbəbinin məhsulların düzgün emal edilməməsi olduğunu bildirib.Onun sözlərinə görə, sadəcə pomidor turşusu deyil, bütün turşulardan zəhərlənmək mümkündür:"Turşuya qoyulmuş pomidorlar düzgün şərtlər altında emal edilməzsə, istehlakçının zəhərlənməsinə səbəb ola bilər.Pomidor turşusu qoyularkən məhsulun seçilməsi çox vacibdir. Pomidorlar çatlaq, əzilmiş və ya deformasiya olmuş olmamalıdır. Bu cür pomidorlar turşuya qoyularkən mikrobların inkişaf etməsinə şərait yarada bilər. Həmçinin, pomidorlar torpaqdan yaxşı təmizlənməli və düzgün dezinfeksiya edilməlidir ki, botulizm kimi təhlükəli bakteriyalar təsir etməsin. Botulizm, xüsusilə pomidor turşusunda rast gəlinən və ölümcül zəhərlənməyə səbəb olan bakteriyadır".Mütəxəssis qeyd edib ki, turşu qoyulan qabların şüşə olması və düzgün sterilizasiya edilməsi çox vacibdir:"Şüşə qabların ağzı sıx bağlanmalı və qablara havanın daxil olmasının qarşısı alınmalıdır. Bu, məhsulun uzun müddət saxlanmasını təmin edir və mikrobların yaranmasının qarşısını alar. Yalnız düzgün şərtlər altında seçilmiş, emal olunmuş və saxlanmış pomidorlar təhlükəsizdir və zəhərlənməyə səbəb olmur.Turşuların yanına əlavə olunan göyərti və göbələklər də zəhərlənməyə səbəb ola bilər. Məsələn, düzgün yuyulmamış göyərti və ya yanlış seçilmiş göbələk zəhərlənməyə gətirib çıxara bilər. Ona görə də turşu hazırlayarkən yalnız təmiz və düzgün hazırlanmış məhsullardan istifadə edilməlidir".

Избранный
41
7
gender.az

8Источники