RU

"Fənərbağça" yoldaşlıq matçında "Zenit"i məğlub edib

Türkiyənin "Fənərbağça" klubu yoldaşlıq oyununda Rusiya təmsilçisi "Zenit"i məğlub edib.

"Far.Az" xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Hesabı İstanbul kollektivindən 20-ci dəqiqədə Cenk Tosun açıb. 35-ci dəqiqədə ruslar "status-kvo"nu bərpa ediblər. Aleksandr Yeroxin adını tabloya yazdırıb. "Sarı-lacıvərdlilər"in qələbə qoluna isə 63-cü dəqiqədə Levent Mercan imza atıb.

Qeyd edək ki, "Fənərbağça"nın Türkiyə Superliqasında 26 xalı var. "Zenit" isə Rusiya Premyer Liqasında 36 xal toplayıb. Hər iki kollektiv öz çempionatlarında ikinci sırada qərarlaşıblar.

Избранный
31
14
far.az

10Источники