RU

ABŞ-nin daxili işlər naziri vəzifəsinə namizədini açıqladı

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder Duq Berqumu daxili işlər naziri vəzifəsinə, eləcə də ABŞ Milli Enerji Şurasının rəhbəri vəzifəsinə təyin edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Trampın sözlərini “Reuters” yayıb.

“Şimali Dakota qubernatoru Duq Berqumun daxili işlər naziri və yeni yaradılmış, çox mühüm Milli Enerji Şurasının sədri kimi administrasiyama qoşulacağını elan etməkdən məmnunam”, - deyə Tramp bildirib.

İddia olunur ki, şura bütün enerji mənbələrinin, ilk növbədə ənənəvi olanların istehsalının artırılmasına nəzarət edəcək.

Избранный
84
4
qafqazinfo.az

4Источники