RU

Tbilisi dənizi yaxınlığında polis məmurunun cəsədi tapılıb


Daxili İşlər Nazirliyinin aviasiya təhlükəsizliyi idarəsinin rəis müavini Levan Sulaşvilinin meyiti Tbilisi dənizi yaxınlığında tapılıb.

News24.az xəbər verir ki, ailənin dediyinə görə, o, güllə yarası alıb.

Mərhumun ailəsi ölümün intihar yoxsa qətl olması ilə bağlı obyektiv araşdırma tələb edir.

Məlumata görə, noyabrın 6-da 28 yaşlı Sulaşvili öz avtomobilində başından güllə yarası ilə Tbilisi dənizi yaxınlığında tapılıb.

Valideynlər intiharla bağlı istintaqın rəsmi versiyasına inanmırlar. Onların sözlərinə görə, Sulaşvilini Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarından biri qızı ilə evlənməyə məcbur edib və o, bundan imtina etdikdən sonra öldürüb.

Atanın sözlərinə görə, oğlunun intihar etmək üçün heç bir səbəbi olmayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyi intihar həddinə çatdırma maddəsi ilə araşdırmalara başlayıb.

Ağa


Избранный
73
news24.az

1Источники