RU

Millimiz Estoniyaya qarşı

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək. 

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estoniya isə 3 xalla üçüncüdür.

Bu yığmalar arasındakı ilk oyun estonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr

18:00. Azərbaycan - Estoniya 

Baş hakim: Con Biton (Şotlandiya)

Qəbələ şəhər stadionu

Избранный
70
32
qafqazinfo.az

10Источники