RU

"İqlim siyasətində uşaqların ön plana çıxarılması gələcək nəsillərin mənafeyinə xidmət edir"- QHT sədri

Azərbaycan hökuməti COP29 çərçivəsində "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti" bəyannaməsini imzalayaraq, uşaq və gəncləri mərkəzə qoyan iqlim siyasətləri tətbiq etmək öhdəliyi götürüb. UNICEF bu addımı yüksək qiymətləndirir.

QHT.az-a açıqlama verən "Yeni Həyat" İB-nin sədri Nailə İsmayılova bildirib ki, bu bəyannamə uşaqların sağlamlığına və təhlükəsizliyinə təsir edən iqlim dəyişikliklərinə qarşı inklüziv tədbirlər görməyin vacibliyini vurğulayır. O, həmçinin, bu öhdəliklərin gələcək nəsillərin mənafeyinə xidmət edəcəyini və uşaq hüquqlarının qorunmasına töhfə verəcəyini qeyd edib: “Bəyannamə ilə Azərbaycan, uşaqların gələcəyi naminə beynəlxalq səylərə qoşularaq mühüm addım atmış oldu”.

 

Pərvanə Fərhadqızı

Избранный
18
qht.az

1Источники