RU

Su ehtiyatlarımız təmiz layihələrə meydan açır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR Green arasında ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji layihələrinin tətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma memorandumu imzalanıb.

Agentliyin mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, memorandum su ehtiyatlarının səmərəli istifadəsində enerji istehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək üçün texniki məsləhətçilərin cəlb edilməsi və bərpaolunan enerji təşəbbüslərinin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanması ilə bağlı əməkdaşlığı nəzərdə tutur.

Memorandum, həmçinin Azərbaycanın milli, davamlı və dayanıqlı gələcək hədəflərini dəstəkləyəcək yeni layihələrinin tədqiqində hər iki qurumun ortaq marağını vurğulayır.

Избранный
41
12
xalqqazeti.az

10Источники