Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. Manset.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək. Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estoniya isə 3 xalla üçüncüdür. Bu yığmalar arasındakı ilk oyun estonların 3:1 hesablı qələbəsi ilə başa çatıb. UEFA Millətlər Liqası C liqası, V tur 16 noyabr 18:00. Azərbaycan - Estoniya Baş hakim: Con Biton (Şotlandiya)