RU

Batır Atdayev vəzifəsindən azad edildi

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilməməsi səbəbilə ticarət kompleksinə, tekstil sənayesinə və özəl sektora nəzarət edən Batır Atdayevi Nazirlər Kabineti sədrinin müavini vəzifəsindən azad edib.

Dövlət başçısı bu barədə cümə günü hökumətin iclasında sərəncam imzalayıb.

Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Nokerquly Ataquliyev bu vəzifəyə altı aylıq sınaq müddəti ilə təyin edilib.

"Cebheinfo.az"

Избранный
17
1
cebheinfo.az

2Источники