RU

Məşhur şirkət min nəfər əməkdaşını işdən çıxarır

ABŞ-ın avtomobil istehsalçısı “General Motors” şirkəti yeni avtomobillərə olan zəif tələb səbəbindən ən kritik investisiyaları prioritetləşdirmək strategiyasının bir hissəsi olaraq bu il işçilərini ikinci dəfə işdən çıxarmağa başlayır. 

News24.az xəbər verir ki, bu çərçivədə şirkət ilk olaraq avqust ayında min proqram mütəxəssisini işdən çıxardıqdan sonra xərcləri azaltmaq məqsədi ilə ABŞ-da istehsal sahəsində çalışan daha min nəfəri işdən çıxaracağını açıqlayıb.

Avqust ayında baş verən ilk ixtisarlar, xüsusilə “General Motors”un proqram infrastrukturunda olan problemlər və texniki nasazlıqlardan sonra gündəmə gəlib. Şirkət 2023-cü ilin sonunda proqram problemləri ilə əlaqədar Blazer EV modelinin satışını müvəqqəti dayandırıb. Bu vəziyyət “General Motors”un proqram təminatının inkişaf etdirilməsi proseslərində təkmilləşdirmələrə ehtiyacı olduğunu ortaya qoyub. İşdən çıxarılmaların ilk dalğası Miçiqandakı “General Motors” zavodlarına böyük təsir göstərib.

Bu ikinci ixtisar dalğası həm də avtomobil istehsalçılarının elektriklə işləyən avtomobillər üçün federal təşviqləri ləğv etmək ehtimalı ilə üzləşdiyi bir vaxta təsadüf edir. Sözügedən təklifi yeni prezident Donald Tramp və onun müşaviri İlon Mask dəstəkləyir.

Aynurə



Избранный
42
news24.az

1Источники