RU

Baş nazirin xarici qonaqlarla görüşləri

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.

Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib, tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.

Ölkəmizdə yaşıl iqtisadiyyatın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.

Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

***

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə də görüşüb.

Görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib.

XQ

Избранный
39
xalqqazeti.az

1Источники