RU

COP29-a hazırlıq işlərindən razıyıq - BMT polisinin rəisi

Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən və ətraf mühitlə bağlı səylərindən razıyıq.

Avtosfer.az xəbər verir ki, bunu BMT-nin polis məsləhətçisi və Birləşmiş Millətlər Təşkilatının polis rəisi Feysal Şakar jurnalistlərə bildirib.

O deyib ki, Azərbaycan bu prosesə tam sadiqlik nümayiş etdirib.

“Bu, BMT-nin təhlükəsizliyi baxımından ekoloji şəraitin yaxşılaşdırılmasına çox kömək edəcək təşəbbüsdür. Mən polis məsləhətçisi və BMT-nin polis rəisi kimi çalışıram. BMT polisi bütün dünyaya yayılıb, təşkilatın missiyalarında, ekoloji cinayətlərin araşdırılması ilə məşğul oluruq. Milli polis qüvvələrini ekoloji problemlərlə mübarizə və ekoloji cinayətlərin araşdırılmasına hazırlayırıq”, - o bildirib.

“Beləliklə, biz məşğulluğun yaxşılaşdırılması prosesində tərəfdaşıq. BMT-nin buradakı təhlükəsizliyi kifayət qədər yaxşıdır", - o bildirib.

Избранный
19
9
avtosfer.az

9Источники