RU

İranda vətəndaş müharibəsi riski: daha 4 SEPAH zabiti öldürüldü

İranın Sistan-Bəlucistan bölgəsində vəziyyət getdikcə daha kritik şəkil almağa başlayıb. Tribunainfo.az xəbər verir ki, SEPAH və BƏSİC qüvvələrinin bölgəsə həyata keçirdikləri əməliyyatlar əks-effekt verməyə başlayıb.

Qeyd edək ki, iki həftədir davam edən “Ceyş əl Ədl” qruplaşmasına qarşı hücumlarda 69 silahlı şəxs öldürülüb. Həbs olunanların sayının isə 100 nəfəri keçdiyi deyilir.

Lakin SEPAH da az qüvvə itirməyib. Təkcə, dünən Bəlucistanın Rask şəhərində toqquşmalar zamanı SEPAH-ın 4 hərbçisi öldürülüb. Bundan əvvəl isə BƏSİC qüvvələrinin 5 əsgəri, ondan öncə isə 10 polis əməkdaşı da qətlə yetirilib.

Tribunainfo.az xəbər verir ki, İran “ceyş əl Ədl” təşkilatını “ terrorçu təşkilat” kimi tanıyıb. Lakin sözügedən qruplaşma bunu inkar edir. Onlar bildirirlər ki, məqsədləri Sistan-Bəlucistan bölgəsini İrandan ayıraraq, müstəqil dövlət etməkdir.

Bu təşkilat bir zamanlar fəaliyyət göstərmiş Bəlucistan Azad Ordusunun bazasında yaradılıb. BAO-nun dağılması 2008-ci ildə onun rəhbərinin həbs edilməsi və ardından da edam olunması ilə başlamışdı. 2022-ci ilə Məhsa Əmini hadisələri zamanı Sistan-Bəlucistanda aksiyaların keçirilməsi və orada 100 nəfərin ölümü ilə nəticələnən “qanlı cümə” hadisəsindən sonra “Ceyş əl Ədl” meydana çıxmağa başlayıb.

Maraqlı detallardan biri də budur ki, bölgədə son hadisələrdən sonra əhali sözegedən təşkilata dəstək vəq qoşulmaq çağırışlıarı etməyə başlayıblar. Onlar İranın mövcud rejiminə qarşı mübarizə aparmağı vacib hesab edirlər. Düzdür, əhalinin heç də böyük qismi İrandan ayrılmağa tərəfdar deyil. Lakin “qanlı cümə” hadisəsinin qisasını almaq üçün bu təşkilatın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayırlar.

Bildirək ki, yerli ekspertkər baş verənləri təhlükəli hadisə hesab edirlər. Onlar qeyd edirlər ki, bu proses İranda vətəndaş qarşıdurması və ya müharibəsinə gətirib çıxara bilər. Onların nəzərincə, adı mülki insanların silaha qurşanması və buna dövlətin elə silahla təpki verməsi, yaxşı nəticələr vəd etmir.

Bu əsnada, İran prezidenti Məsud Pezeşkian Sistan-Bəlucistana səfər edəcəyini açıqlayıb. Lakin təhlükəsizlik qüvvələri həmin səfərin təxirə salınmasını tələb edirlər. Bunu onunla əsaslandırırlar ki, ölkə başçısının indiki məqamda həmin bölgəyə səfəri təhlükəlidir.

Избранный
29
tribunainfo.az

1Источники