RU

Azərbaycan təmsilçisi Mühasiblərin Zirvə Toplantısında beynəlxalq mükafata layiq görülüb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov beynəlxalq “LUCA” mükafatına layiq görülüb.

"Operativ Media" xəbər verir ki, o, Böyük Britaniyanın paytaxtı London şəhərində təşkil olunan “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammiti çərçivəsində Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM, Institute of Certified Financial Managers) tərəfindən Azərbaycanda dövlətsatınalmalarının idarə edilməsi və təkmilləşdirilməsinə verdiyi töhfələrə görə təltif edilib.

Qeyd edək ki, italyan alim, riyaziyyatçı Luka Paçolinin şərəfinə təsis edilən bu mükafat hər il Avropa və MDB ölkələrinin mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və digər sahələr üzrə peşəkar menecerlərinin bir araya gəldiyi beynəlxalq tədbir zamanı iqtisadiyyatın inkişafında xidmətləri olan şəxslərə təqdim olunur.

Избранный
55
operativmedia.az

1Источники