RU

Abxaziya rəhbərliyi Rusiya ilə sazişin təsdiqlənməsində israr edir

Tanınmamış “Abxaziya respublikası”nın “prezidenti” Rusiya ilə investisiya sazişinin ratifikasiyası haqqında qanun layihəsinin parlamentdən geri götürülməsinə dair sənədi imzalamayıb...

 

Poliqon xəbər verir ki, bu barədə tanınmamış respublika başçısının mətbuat xidməti TASS Agentliyinə bildirib.

Qeyd edək ki, mətbuat xidməti daha əvvəl bildirmişdi ki, Bjaniya qanun layihəsini geri götürmək qərarına gəlib. Bjaniyanın bu sənədi niyə imzalamadığı açıqlanmır.

Qeyd edək ki, Rusiya ilə investisiya sazişi Abxaziyada kütləvi etirazlara səbəb olub. Deputatlar sənədi bir gün əvvəl, noyabrın 15-də təsdiq etməli idilər, lakin parlament binası qarşısında keçirilən nümayişə görə iclas təxirə salınıb.

Buna baxmayaraq, etirazçılar darvazaları aşaraq hökumət binası kompleksini zəbt ediblər. Müxalifət prezidentin istefasını tələb edir.

Bildirilir ki, Bjaniya hazırda doğulduğu Tamış kəndində gizlənir. Müxalifət isə Abxaziyanın əsas hökümət binalarını ələ keçirib.

Xatırladaq ki, etiraz doğuran saziş Rusiya iş adamlarının Abxaziyada torpaq və mülk almalarını qanuniləşdirir. Bir neçə ay əvvəl bu sazişə imza atmadığına görə Rusiya Abxaziyanın maliyyələşdirilməsini dayandırıb.

Poliqon.info

Избранный
33
16
poliqon.info

10Источники