RU

Prezident istefa vermədi, müxalifət hədələdi: Gizləndiyi yerə gedəcəyik

Abxaziyanın Suverenliyini Müdafiə Komitəsinin sədri Levan Mikaa Abxaziyanın lideri Aslan Bjaniyaya ultimatum verib.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Ona istefa vermək üçün bir saat vaxt verdik”, - Mikaa bunu etirazçılar qarşısında çıxışı zamanı deyib. Bundan əvvəl Aslan Bjaniya vəzifəsini tərk etməkdən imtina edib.

“Biz geri çəkilmirik, ona bir saat vaxt veririk. Əgər getməsə, gizləndiyi yerə gedəcəyik. Biz bu ultimatumla adamları onun yanına göndərdik”, - deyə Mikaa toplaşan etirazçılara bildirib.

Xatırladaq ki, müxalifət Bjaniyanın istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

Избранный
28
publika.az

1Источники