RU

İKT sektorundan emissiyalar qlobal ümumi həcmin 8 faizinə çata bilər

2030-cu ilə qədər informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorundan emissiyalar qlobal ümumi həcmin 8 faizinə çata bilər.

Modern.az xəbər verir ki, bunu Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal texnologiyaların önəminə diqqət çəkib.

“İKT sektorunun qlobal emissiyaların 1,5%-i ilə dörd faizi arasında iştirak edəcəyi təxmin edilir. Araşdırmalar göstərir ki, 2030-cu ilə qədər İKT sektoru emissiyaları dünya səviyyəli səkkiz faizə çata bilər. Bu çağırışlara cavab olaraq, bir çox ölkələr innovativ soyutma texnologiyaları və enerji idarəetmə sistemləri vasitəsilə enerji istehlakının 40 faizə qədər azalmasına nail olaraq öz məlumat mərkəzlərini optimallaşdırdılar. "Yaşıl rəqəmsal fəaliyyət rəqəmsal tərəqqinin iqlim fəaliyyəti ilə uyğunlaşdırılması istiqamətində mühüm addımdır" - nazir əlavə edib.

Избранный
26
4
modern.az

5Источники