RU

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb

Bakı. Trend:

COP29 çərçivəsində “Sağlamlığa Xidmət” İctimai birliyi vəBeynəlxalq Stop Vərəm Tərəfdaşlığının birgə təşkilatçılığı ilənoyabrın 16-da iqlim dəyişmələrinin sağlamlığa təsiri, o cümlədənantimikrobial rezistentlik mövzusunda yüksək səviyyəli müzakirəkeçirilib.

Trend xəbər verir ki,tədbirdə Kamerundan olan deputat Nqayap Pier Flambe, Kenyaparlamentinin deputatı Stefen Myul, Zambiya parlamentinin üzvüXristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə komitəsininüzvləri Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirakediblər.

Məruzəçilər iqlim dəyişmələrinin qlobal sağlamlıq üçün cidditəhdidlər və yeni sağlamlıq riskləri yaratdığını vurğulayıblar.

Bildirilib ki, ekstremal hava hadisələrinin artan tezliyi vəintensivliyi, temperaturun artması insanların sağlamlığına vərifahına birbaşa təsir göstərir.

Qeyd olunub ki, iqlim dəyişmələri ekosistemləri pozur, yoluxucuxəstəliklərin yaranmasına və yayılmasına səbəb olur, əhalininsağlamlığı üçün ciddi təhlükə yaradır.

Panel sessiyalarda TƏBİB-in departament rəhbəri Yaqut QarayevaSəhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova, Qazaxıstan,Qırğızıstan və Hindistandan ekspertlər sözügedən mövzudaauditoriyanın suallarını cavablandırıblar.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
29
az.trend.az

1Источники