RU

Ermənistanın bəyanatları onun KTMT tədbirlərində iştirak etmək istəmədiyini göstərir - ÖZƏL

Ermənistanın bəyanatları onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində bütün əməkdaşlıq formatlarından uzaqlaşmaq planlarından xəbər verir.

Olaylar.az xəbər verir, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə bildirib.

O, İrəvanın qarşıdan gələn KTMT tədbirlərində, o cümlədən noyabrın sonunda keçiriləcək sammitdə mümkün iştirakı ilə bağlı suala cavabında bildirib ki, bu sual Ermənistan tərəfinə ünvanlanmalıdır.

"Lakin erməni tərəfinin bəyanatlarına əsaslansaq, o, KTMT-nin müxtəlif səviyyələrdə fəaliyyətinin tamamilə bütün formatlarından uzaqlaşır", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
36
olaylar.az

1Источники