RU

Polşa mətbuatı: "Radomiak"ın müdafiəçisi millinin əsas oyunçularından sayılır

Polşa mətbuatı Azərbaycan millisinin Millətlər Liqasının 5-ci və 6-cı turlarında Estoniya (16 noyabr) və İsveç (19 noyabr) komandalarına qarşı keçirəcəyi oyunlarda “Radomiak”ın müdafiəçisi Rahil Məmmədovun rolundan yazıb. 

Sportal.az “cozadzien.pl” portalına istinadən xəbər verir ki, polşalılar Fernandu Santşun da Azərbaycan yığmasında fəaliyyətinə toxunub: 

"Rahil Məmmədov Azərbaycan millisinə dəvət alıb və millinin Millətlər Liqasının C divizionunda qalmasına kömək etməyə çalışacaq. “Radomiak”ın mərkəz müdafiəçisi komandasının əsas oyunçularından sayılır. Hazırda Rahil Millətlər Liqasının üç oyununda iştirak edib, hər birində ilk dəqiqədən son dəqiqəyə kimi çıxış edib. Son vaxtlar “Ekstraklassa”da əla formada olsa da, beynəlxalq arenada hər şey başqa cürdür. 

Fernandu Santuşun komandası Estoniya və İsveçlə qarşılaşacaq. Dörd turdan sonra onun dörd məğlubiyyəti var və bu ilin son oyunları C divizionunda qalmaq üçün son şansdır".

 

saytlarin hazirlanmasi

Избранный
29
sportal.az

1Источники