RU

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, görüş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində "ASAN xidmət" tərəfindən təşkil olunan Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda keçirilib.

ICESCO pavilyonunda gerçəkləşən görüşdə Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış anlaşma memorandumunun implementasiyası çərçivəsində həyata keçirilmiş işlərlə bağlı müzakirələr aparılıb. Həmçinin yeni əməkdaşlıq istiqamətləri üzrə birgə fəaliyyət proqramının hazırlanmasına dair razılığa gəlinib.

Избранный
23
3
sia.az

4Источники