RU

Şerzod Şermatov: "Biz çalışırıq ki, ölkəmizi İT mərkəzinə çevirək"

"Özbəkistanda informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə informasiya texnologiyaları (İT) şirkətlərinin bizneslərini inkişaf etdirməsinə töhfə vermək istəyir".

Bunu Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksəksəviyyəli Dəyirmi Masada çıxışı zamanı deyib.

O vurğulayıb ki, ölkədə bütün dövlət xidmətlərinin demək olar ki, 80%-ən çoxu artıq onlayn rejimdə fəaliyyətini icra edir:

"Biz çalışırıq ki, ölkəmizi İT mərkəzinə çevirək, İT şirkətləri bizimlə gəlib öz bizneslərini inkişaf etdirə bilsinlər. İnsanların həyatını yaxşılaşdırmaq üçün rəqəmsal texnologiyalar, məsələn, bütün dövlət xidmətlərinin 80 faizindən çoxu artıq onlayn rejimdə fəaliyyətini icra edir. Artıq insanlar bir ofisdən digərinə qaçmaq məcburiyyətində qalmırlar. Həmçinin süni intellektin imkanlarına artan tələbatı nəzərə alaraq, səudiyyəli tərəfdaşlarımızla birlikdə tam karbonsuz məlumat mərkəzinin yaradılmasına təşəbbüs göstəririk".

Aygün Mirakif

Mənbə: oxu.az

Избранный
71
oxu.az

1Источники