Amerika hakimiyyəti qlobal Cənub ölkələri ilə əlaqələri gücləndirmək üçün səmərəsiz siyasət yürüdür və bu səbəbdən də ABŞ-nin regionda təsiri nəzərəçarpacaq dərəcədə zəifləyir. Bu barədə “Foreign Affairs” (FA) jurnalı yazıb.
Məqalədə qeyd olunub ki, Vaşinqton bir neçə səbəbə görə müvafiq dövlətlərlə münasibətlər qura bilməyib. Onlardan biri ABŞ-nin Rusiyanın Ukraynadakı əməliyyatı ilə İsrailin Qəzza zolağındakı apardığı əməliyyatlara dair mövqeləri arasındakı fərqdir. Bu, Amerika rəhbərliyinin “ikiüzlülüyünün” sübutu olub.
Bundan əlavə, koronavirus pandemiyası zamanı qlobal cənubdakı ölkələr “inkişaf etmiş iqtisadiyyatı olan ölkələrin peyvənd millətçiliyi” haqqında danışmağa başladılar. Həmçinin, Vaşinqtonun bu güclərlə azad ticarətdən imtina etməsi səbəbindən onların bazarlara çıxışı azalıb.
ABŞ ilə qlobal Cənub ölkələri arasında münasibətlərin pisləşməsinin digər səbəbi Amerika administrasiyasının çoxtərəfli formatlarda olan əlaqələrdə daha fəal iştirak etmək istəməməsi olub. Bu səbəbdən müvafiq dövlətlərin BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı fəaliyyətə marağı artıb.
Tural