RU

Parlamentlər iqlim dəyişmələri problemlərinin aradan qaldırılmasında mühüm rol oynaya bilər - muxtar Babayev

Bakı. Trend:

Parlamentlər iqlim dəyişmələri problemlərinin aradanqaldırılmasında mühüm rol oynaya bilər.

Trend xəbər verir ki, bunuCOP29 çərçivəsində Parlamentlərarası İttifaq və AzərbaycanRespublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilənParlament Görüşündə COP29-un müəyyən edilmiş Prezidenti, ekologiyavə təbii sərvətlər naziri Muxtar Babayev deyib.

M.Babayev bildirib ki, parlamentlər hər il büdcəni təsdiq edir,iqtisadi qanunlar qəbul edilir:

“Bu zaman siyasi və iqtisadi bariyerlər böyük problem ola bilər.Biz həm ədalətli, həm də ambisiyalı tədbirlərin şahidiolmalıyıq”.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatıSevil Mikayılova iştirak edir.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Избранный
19
5
az.trend.az

8Источники