RU

Azərbaycan üçüncü dövr “Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatını təqdim edib — FOTOLAR

COP29 çərçivəsində gündəliyə salınmış BMT-nin Avropa İqtisadi Komissiyasının hazırladığı Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatı keçirilib.

"Report"un məlumatına görə, tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi, BMT-nin Azərbaycandakı rezident nümayəndəsi, ekologiya və təbii sərəvətlər nazirinin müavini, beynəlxalq təşkilatların və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Təqdimatda yeni hazırlanmış üçüncü dövr hesabatının nəticələri açıqlanıb, ikinci dövr hesabatın hazırlandığı dövrdən etibarən əldə edilən irəliləyişlər müzakirə edilib, yeni tövsiyələrin icrasına maraqlı tərəflərin cəlb olunması üzrə dialoq aparılıb.

“Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatının məqsədi Azərbaycanın ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaq, bu sahədə milli siyasətin formalaşdırılmasına dəstək olmaq və ölkənin beynəlxalq ekoloji öhdəliklərinin icrasını qiymətləndirməkdir.

Sənəd ətraf mühitin idarə olunması, təbii sərvətlərin səmərəli istifadəsi, ekoloji məsələlərin digər sektorlara inteqrasiyası, həmçinin ümumi ekoloji fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 78 tövsiyəni əhatə edir.

Azərbaycan üzrə birinci dövr hesabatı 2003-cü uildə, ikinci dövr hesabatı isə 2011-ci ildə hazırlanıb. Üçüncü dövr hesabatı ölkənin ətraf mühit siyasətinin davamlı inkişafını təmin etmək üçün yeni yanaşmalar və tövsiyələrə əsaslanıb.

“Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatı Azərbaycanın ətraf mühit sahəsində həyata keçirdiyi tədbirlərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək və inkişaf yollarını müəyyənləşdirmək baxımından vacib sənəd hesab edilir.









Избранный
43
8
demokrat.az

9Источники