RU

Türkiyənin Millət Liqasındakı şansları nə qədərdir? - RƏY

"Türkiyə milli komandasının UEFA Millətlər Liqasındakı performansı çox yaxşıdır".

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Türkiyənin B Liqasında birinci olmaq şansları çox yüksəkdir:

"Bu gün UELS-lə matçda qələbə qazansalar, birinci olmağı təmin edəcəklər və növbəti mərhələyə adlayacaqlar. Amma bundan sonrası heç də asan olmayacaq. Çünki İngiltərə, Avstriya və Çexiya kimi güclü rəqiblər də var. Üstəlik, növbəti mərhələdə 2 matç oynanılacaq. Hər iki matçın nəticəsinə əsasən turu keçmək də bir qədər çətindir. 

362521

Son Avropa Çempionatında Türkiyənin Avstriya millisi qarşısında qələbə qazanması qardaş ölkəni qələbəyə daha yaxın göstərir. Lakin ümumi güc potensialı olaraq baxsaq, bunun heç də asan olmadığını görərik. Yəni Avstriya çox güclü futbolçulardan ibarət komandadır. Həmçinin, İngiltərə də Türkiyə ilə matçda favorit olacaq".

Ekspert hesab edir ki, Türkiyənin A Liqasına vəsiqə qazanmaq ehtimalı isə aşağıdır:

"Düzdür, Türkiyə A Liqasına yüksələ bilər. Təbii ki, belə bir ehtimal var. Amma bu ehtimalın 20 faiz olduğu qənaətindəyəm. Yəni Türkiyə yığmasının A liqasına yüksəlmək şanslarının çox az olduğunu düşünürəm. Üstəlik, həmin liqada çox güclü komandaların olduğunu nəzərə alsaq, orada mübarizə aparmaq Türkiyə üçün çox çətin olar. Bu səbəbdən də B Liqasının türklər üçün daha yaxşı seçim kimi görünür". 

Pərviz

Избранный
29
hit.az

1Источники