RU

Si Tsinpin: Çin və Yaponiya qlobal çağırışlara birlikdə cavab verməlidir...

Pekin və Tokio beynəlxalq məsələlərdə ikitərəfli əməkdaşlığı gücləndirməli və qlobal çağırışlara birgə cavab verməlidir...

Poliqon xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında Çin prezidenti Si Tsinpinə istinadən məılumat yayılıb.

Bəyanatda qeyd olunur ki, Çin dövlət başçısı noyabrın 15-də Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşüb. Danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Perunun paytaxtında keçirilən sammiti çərçivəsində baş tutub.

Si Tsinpin qeyd edib ki, hazırda dünyada geosiyasi vəziyyət “xaosla” müşahidə olunur. Buna baxmayaraq, Tokio və Pekin arasında münasibətlər təkmilləşmə və inkişaf mərhələsindədir.

Çin liderinin sözlərinə görə, Çin və Yaponiya təkcə Asiyada deyil, bütün dünyada mühüm ölkələrdir. Buna görə də onların qarşılıqlı fəaliyyəti “ikitərəfli əməkdaşlıq çərçivəsindən kənarda” böyük əhəmiyyət kəsb edir.

“ÇXR Yaponiya ilə birgə işləməyə, bir-biri üçün təhlükə yaratmaması barədə mühüm konsensusa əməl etməyə hazırdır”, dövlət başçısı vurğulayıb.

Si Tsinpin əlavə edib ki, Pekin və Tokio “əsl çoxtərəfliliyi tətbiq etməli” və qlobal çağırışlara birlikdə cavab verməlidir.

Görüş zamanı Yaponiyanın baş nazir əmin olduğunu bildirib ki, Yaponiya və Çin Asiya-Sakit okean regionunda firavanlıq və sülhün qorunması üçün məsuliyyət daşıyırlar.

Poliqon.info

Избранный
23
50
poliqon.info

10Источники