Dünya bazarında çayın qiyməti ucuzlaşıb.
Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin oktyabr ayı üçün hazırlanmış hesabatında bildirilir.
Hesabata görə, oktyabr ayında çayın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 3.8% azalaraq 3.2 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Şəkər isə bahalaşıb.
2024-cü ilin oktyabr ayında şəkərin dünya bazarı qiyməti əvvəlki aya nisbətən 3.1% artaraq 0.46 ABŞ dolları/kq səviyyəsində qərarlaşıb.
Hesabat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 8 Noyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.