RU

Mina gizlinləri BÖLÜŞDÜ: “Qınayırdılar ki, 50 yaşında kişiyə ərə getdi”

 

“Nə qədər sevgidən danışmaq olar?”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn “Gün ortası” verilişində deyib.

Şəxsi həyatı ilə bağlı suallardan cana doyduğunu deyən müğənni aparıcıları qınayıb:

“Klip çəkdirirəm, xaricə gedirəm, konsertlərdə oxuyuram, amma bu barədə soruşan da yoxdur. Ancaq şəxsi həyatım barədə soruşurlar. Verilişlərə gedən kimi, sual verirlər ki, haçan ailə qurursan, toyun haçandır, kiminlə ailə qurursan? Ancaq sevgi, sevgi, sevgi… Nə qədər sevgidən danışmaq olar?! Bəsdir, şəxsi həyatdan danışdım, bir az da sənətlə məşğul olaq, bezdim artıq!”

Sənətçi qınaqdan qorxduğunu dilə gətirərək, onu qınayan insanlardan da danışıb:

“Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm. Amma istədiyim kimi geyinə bilmirəm, çünki geyinən kim başlayacaqlar, sosial şəbəkələrdə mənfi rəylər yazmağa və qınamağa”.

O, həyatında aldığı ən böyük zərbəni də xatırlayıb:

“Həyatımın ən böyük travmasını boşananda aldım. Ondan sonra özümdə güc tapdım. Qınayırdılar ki, 50 yaşında kişiyə ərə getdi, kiminsə həyatını dağıtdı. Hansı ki, ailə qurduğum o insan subay insan idi”.

Nehru

Избранный
53
1
yenicag.az

2Источники