RU

19 yaşında karyerasını başa vurmalı oldu

Mark Kukalon böyük bəxtsizliklə üzləşib. “Real”ın futbolçusu 19 yaşında karyerasını başa vurmağa məcbur olub.

Madrid klubunun yetirməsi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Buna yeniyetmə futbolçuda xroniki zədənin təsdiqlənməsi səbəb olub. Bir müddət əvvəl Markın dizinin çarpaz bağı qırılıb və əməliyyat zamanı bakteriyalar oynağına daxil olub ki, bu da nadir hallarda rast gəlinən infeksiyaya səbəb olub. Bundan sonra futbolçu dizindəki problemi aradan qaldıra bilməyib. Nəticədə karyerasını başa vurmağa məcbur olub.

Qeyd edək ki, yarımmüdafiəçi “Real”ın heyətində Gənclər Çempionlar Liqasında 4 oyun keçirib və məlum zədəni oyunlardan birində alıb.

Избранный
1
1
football-plus.az

6Источники