RU

Gürcüstanda MSK sədrinin üstünə boya atıldı

Gürcüstan Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin xülasəsi dava ilə başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb. 

Müxalifətin “Vahid Milli Hərəkat” liderlərindən olan Davit Kirtadze MSK rəhbəri Giorgi Kalandarişvilinin üzərinə boya atıb. Bundan sonra iclas yarımçıq kəsilib. 

Müxalifət nümayəndələri seçkinin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında toplaşıblar. Hadisə yerinə polis qüvvələri cəlb olunub. 

Ağarza Elçinoğlu 

Избранный
41
unikal.az

1Источники