RU

COP for Hope: Yalnız birgə səylər bizə okean ekosisteminin qorunması üçün ümid verə bilər- Tonqa Krallığının nümayəndəsi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Tonqa Krallığının nümayəndəsi,“OHAI” QHT-nin prezidenti Villi Lusidir.

O, Trend-əmüsahibəsində bildirib ki, yalnız birləşərək iqlim disbalansınaqarşı dura bilərik.

“Bütün dünya Bakıda bir məqsəd üçün toplanıb – iqlimproblemlərinin həlli ilə bəşəriyyətə bu çətin dövrdə kömək etmək.Bunun üçün ciddi maliyyələşmə tələb olunur.

“OHAI” Tonqada və Sakit Okeanın cənubunda iqlim dəyişikliyininmənfi təsirlərinin aradan qaldırılması və dayanıqlılığınartırılması üçün çalışır. Biz ictimaiyyət, donor tərəfdaşlar vəhökumətlərlə əməkdaşlıq edərək iqlim dəyişikliyinin təsirləriniyumşaltmaq, gəncləri cəlb etmək və potensialı artırmaq məqsədilətədbirlər təşəbbüs edirik və irəlilədirik. Birlikdə işləyərəkvəziyyəti yaxşıya doğru dəyişə bilərik.

Biz buradayıq ki, Antarktidadan Tonqaya qədər olan sahələrdəKambur balinalar üçün “balina dəhlizi” yaratmaq işimizi davametdirək. Hazırda bütün dünyanın üzləşdiyi bir vəziyyətdəyik – iqlimdisbalansı. Buna görə də okeanı tarazlaşdırmaq və haradaolmağımızdan asılı olmayaraq, ekoloji tarazlıqda qalmaq üçünəlimizdən gələni etməyi bacarmalıyıq.

Yalnız birgə səylər bizə okean ekosisteminin qorunması üçün ümidverə bilər”, - deyə Villi Lusi qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
34
az.trend.az

1Источники