RU

“Problemlər demarşlarla həll olunmur” – Lukaşenko Ermənistanla bağlı DANIŞDI

“Problemlər demarşlarla deyil, danışıqlar masası arxasında müzakirə olunmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT sammitində çıxışı zamanı deyib. O, Ermənistanın KTMT sammitində iştirak etməməsi ilə bağlı danışıb.

“Problemli məsələlər demarşlarla deyil, danışıqlar masası arxasında müzakirə olunmalıdır”, – o bildirib.

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Lukaşenkonun sözlərinə görə, Ermənistan KTMT-nin hazırkı sammitinin heç bir qərarını əngəlləməyib.

Belarus Xarici İşlər Nazirliyi erməni həmkarları ilə birlikdə sammitə təqdim olunan bütün sənədləri razılaşdırıb.

“Bu, həm də indi təşkilata həvalə edilmiş məsələlərin həllində, o cümlədən Ermənistan tərəfinin qarşılıqlı anlaşmasından danışır”, – Lukaşenko qeyd edib.

Xuraman Etibarlı

Избранный
954
50
yenicag.az

10Источники