RU

RF XİN: "Ermənistan uzaqlaşır"

Hurriyyet.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın KTMT-nin 28 noyabr tarixli sammitində iştirak edib-etməyəcəyi barəsində jurnalistlərin sualına cavab verərkən deyib: "Bu sualı erməni tərəfinə verib. Lakin Ermənistan tərəfinin açıqlamaları İrəvanın KTMT fəaliyyətinin istənilən səviyyəli bütün formatlarından uzaqlaşdığını bildirir".

Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışlarında bəyan edib ki, "KTMT Ermənistanın təhlükəsizliyi, gələcək mövcudluğu və suverenliyi üçün təhdidlər yaradır".

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavadakı beynəxalq forumdakı çıxışında İrəvanın KTMT-dən çıxış qərarı ilə bağlı bütün riskləri götür-qoy etdiyini bildirmişdi.

Hürr Tərcüman

Избранный
46
hurriyyet.az

1Источники