RU

Nakam sevgi yaşadı, ağır xəstəliyə TUTULDU: Bəxti gətirməyən MƏŞHUR AKTYOR

 

Elə böyük aktyorlarımız var ki, onların yaratdıqları obrazlara baxanda heyrətlənməyə bilmirsən.

Bu gün həyatda yoxdurlar, amma hələ də insanların qəlbində sevgi ilə yaşayır və heç vaxt unudulmurlar. Çünki əsl sənətkardırlar. Təəssüflər olsun ki, əsl sənətin ikinci plana keçdiyi və maddiyyat arxasınca qaçan və peşəsini ucuzlaşdıran bayağı aktyorların meydan suladığı bir dövrdə yaşayırıq. Qurşaqdan aşağı şit, bayağı zarafatlarla tamaşaçını zorla güldürməyə çalışan elə aktyorları görəndə, o məşhur sənətkarlarımızı daha çox yad edib, daha çox ruhlarına rəhmət oxuyuruq.

Belə sənətkarlardan biri də sevilən aktyor Hamlet Qurbanovdur. Bu gün onun anım günüdür.

Məşhur teatr və kino aktyoru Ağadadaş Qurbanov və opera müğənnisi Gülxar Həsənovanın ailəsində dünyaya göz açan Hamlet Qurbanov sənətin sirlərini ata-anasından öyrənsə də, fitri istedadla doğulanlardan idi.

O, həm teatr səhnəsində, həm də kinoda yaddaqalan obrazları ilə adını əbədi olaraq sənət dünyasına həkk etdirib. Eyni zamanda, vaxtilə sevə-sevə baxılan teletamaşalarda neçə-neçə maraqlı obraza can verib.

Canlandırdığı obrazların adlarını sadalamaq istəmirəm. Heç ehtiyac da yoxdur. Çünki onu tanıyanlar onun yaratdığı rəngarəng obrazlar qalereyasından yaxşı xəbərdardır. Ona çox haqsızlıqlar olundu, unuduldu, halal haqqı olan Xalq artisti fəxri adına layiq görülmədi.

Sevilən aktyor olsa da, həyatda xoşbəxt ola bilmədi. Bir aktrisaya vurulmuşdu, özü də qəlbən. O qız isə başqasını sevib, ailə qurmuşdu. Sevdiyi qıza qovuşa bilməyən aktyor anasının təkidi ilə evlənsə də, bu evlilik uzun sürmür. Hamlet ömrünün son gününə qədər nakam sevgisinin əzabı ilə yaşamalı olur.

Xərçəng xəstəliyinə tutulan və ağır xəstəliklə mübarizə aparan Hamlet Qurbanov 1995-ci il noyabrın 16-da gözlərini əbədi olaraq bu həyata yumur. Lakin yaratdığı bənzərsiz obrazı ilə əbədi olaraq sevənlərinin qəlbinə köçür.

Cəvahir

Избранный
35
33
yenicag.az

10Источники