RU

Kamran Əliyev rusiyalı həmkarı ilə Azərbaycan-Rusiya arasında əməkdaşlığı müzakirə edib (FOTO)

Bakı. Trend:

Baş prokuror Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroruİqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbərverir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəliplenar iclasında iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gələnRusiya Federasiyasının Baş Prokuroru İqor Krasnovun rəhbərliketdiyi nümayəndə heyəti Fəxri Xiyabanda xalqımızın Ümummillilideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu HeydərƏliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub,eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanımƏliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin vəprofessor Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru KamranƏliyev ilə İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyətiarasında görüş olub.

Qonaqları salamlayan Baş prokuror Kamran Əliyev ölkələrimizarasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin dövlətbaşçılarının birgə səyləri və siyasi iradələri sayəsində uğurlainkişaf etdiyini qeyd edib.

Baş prokuror bildirib ki, iki ölkənin hüquq-mühafizə, o cümlədənprokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqiyardımın göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası,korrupsiyaya qarşı mübarizə, ekoloji hüquqpozmalar, elm-tədris vətəcrübə mübadiləsi və sair məsələlər üzrə qarşılıqlı razılaşmalarınolması əlaqələrimizi daha da gücləndirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitərəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindənbəhs edən Kamran Əliyev qeyd edib ki, ölkəmiz hər zaman qlobal vəregional problemlərə qarşı müştərək müdafiə immunitetininformalaşdırılmasında həlledici rol oynayır.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-ninNarkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindəntəşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlərNazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi iləmübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlıyüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışantərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarınınqarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirənRusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov, Azərbaycanın hərzaman mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyini etdiyinivurğulayaraq, COP29-un Azərbaycanın sədrliyi ilə keçirilməsininölkəmizə olan etimadın təzahürü olduğunu qeyd edib.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlaraprokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəkieksponatlarla bağlı ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Kamran
Kamran
Kamran
Kamran
Kamran
Məqalədə:
Избранный
22
23
az.trend.az

10Источники