RU

Nazirin banan fobiyası ölkədə qalmaqal oldu

İsveçdə Cinsiyyət Bərabərliyi və İş Həyatı naziri Paulina Brandberqin (Paulina Brandberg) banan fobiyası ölkə gündəmində müzakirələrə yol açıb. 

Demokrat.az
xəbər verir ki, internetə sızan e-poçt yazışmaları onun bu qorxusunun nə qədər ciddi olduğunu göstərir. Məlum olub ki, nazirin hər hansı bir toplantısından öncə köməkçiləri otaqda "banan yoxlaması" keçirirlər.

Brandberq daha əvvəl bananla bağlı problemini etiraf edib və bunu "dünyanın ən qəribə fobiyası" adlandırıb.

Sızdırılan e-poçtlar göstərir ki, nazirlik əməkdaşlarının meyvələrlə təmasda olmasının qarşısını almaq üçün böyük ehtiyat tədbirləri görülüb.

"Expressen" qəzetinin dərc etdiyi yazışmaya əsasən, sentyabr ayında İsveç parlamentinin ofisinə göndərilən elektron məktubda bildirilir ki, bir həmkarı ilə görüşə gəlməzdən əvvəl o, "otaqda banan izi qalmamalıdır" tələbi ilə çıxış edib və bunun "güclü allergiya"ya səbəb olduğunu deyib.

Digər e-poçtların birində işçilər bildirirlər ki, nazirin iştirak etdiyi bir tədbirdə girdiyi heç bir ərazidə banan olmamalıdır. Gələn cavab isə belə olub: "Konfrans ərazisini təmin edəcəyik, ona görə də banan olmayacaq".

Gündəm o qədər böyüyüb ki, İsveçin baş naziri Ulf Kristersson cümə axşamı günü açıqlama verməli olub və Brandberqin probleminin hökumətin işinə təsir etmədiyini bildirib:

"Fərqli fobiyaları olan insanlara hörmətim var. Çalışqan bir kabinet nazirinin fobiyasına görə lağa qoyulması məni narahat edir".

Brandberq özü isə "Expressen"ə verdiyi açıqlamada bu problemlə bağlı peşəkar yardım aldığını bildirib.

Təhsil naziri Yohan Pehrson isə deyib ki, medianın ifşalara diqqət yetirməsi gülüncdür: "O, sadiq liberal və sadiq keçmiş prokurordur. İşlərində daha çox müdafiəsiz qadınların yanında olub. Biz hamımız fobiya əvəzinə buna diqqət yetirməliyik".

Müxalifət nümayəndələri də Brandberqə dəstək bəyanatları veriblər. Sosial Demokrat Partiyasının Hüquq Siyasəti sözçüsü Teresa Karvalyo da eyni fobiyaya malik olduğunu bildirib: "İş şəraiti ilə bağlı çox çətin müzakirələr aparmışıq, lakin bu məsələdə biz ümumi düşmənə qarşı birləşmişik".

Jalə
Demokrat.az
Избранный
29
demokrat.az

1Источники