RU

"Darıxmaq sözünün mənaları"- İbrahim Nəbioğlu yazır...

"Alman dilinin Avropada poeziyanın dili olması haqda bir tvit atmışdım. Linqvist bir dostum fikrimlə razılaşdığını, ancaq Volterin dilini də unutmayaq deyir. Söhbət dönüb gəlir dillərin zənginliyinə çıxır…"

News365.az xəbər verir ki, jurnalist İbarahim Nəbioğlu bunu feysbuk səhifəsində paylaşıb.  

Fransız dilində "darıxmaq" sözü "manquer"dir, "əskik buraxmaq" deyirlər. Məsələn, "Onun üçün darıxıram" deyil, "O, məndə əskikdir" deyə ifadə edirlər. "Manquer"(“manke” oxunur) kəlməsi dilin ifadə zənginliyini göstərməklə bərabər, onun zərafətini, necə duyğu yüklü bir dil olduğunu da ortya çıxarır, zənnimcə. 

Fransızlar o dəhşətli hissi yalın kəlmə ilə ifadə etmək yerinə "manquer" deyərək həsrət, darıxmaq və özləmin dağıdıcı və parçalayıcı gücünü tam açır, insanın içindəki boşluğu ancaq əskik olan O-nun dolduracağına işarə vururlar…

Bir qədim dostum da yadıma salır ki, ingiliscə də eynidir ("miss" əksik olmaq deməkdir), ancaq italyanca bədbindir – "itirmek" (“perdere”) menasını daşıyır.

News365.az

Избранный
44
news365.az

1Источники